Rustavi2 hökümətyönlü telekanalının aparıcısı Gürcüstan azərbaycanlılarını “Diaspora” adlandırıb.
Bir neçə gün əvvəl “Gürcü arzusu” partiyasının üzvləri və Rustavi şəhərinin meri Nino Latsabidze, seçki kampaniyası çərçivəsində Rustavidə yerli azərbaycanlılarla görüş keçirib.
Neytral.ge xəbər verir ki, görüşü işıqlandıran “Rustavi2” telekanalının aparıcısı iştirak edən Gürcüstan azərbaycanlılarını “diaspora” olaraq təqdim edib.
Xəbər başlığında “Gürcü Arzusu” üzvləri Rustavidə Azərbaycan diasporasının nümayəndələri ilə görüşüb” deyə qeyd olunması Gürcüstan azərbaycanlıları tərəfindən bir mənalı qarşılanmayıb.
Məlumat üçün bildiririk ki, yerli azərbaycan icmasının belə hallara narazılıq bildirməsinə baxmayaraq, bunun qarşısı alınmır, hökümətyönlü telekanallarda eyni ifadələr təkrarlanır.