Rəcəb Tayyib Ərdoğan Antoni Blinkeni qəbul edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ Dövlət katibi Antoni Blinkeni qəbul edib.

Bu barədə “TRT Haber” məlumat yayıb.

Prezidentlə Dövlət katibi arasında Esenboğa hava limanında baş tutan görüş mətbuata bağlı olub.

Ərdoğan görüşdə Türkiyənin məsələnin başladığı gündən Suriyanın ərazi bütövlüyü, birliyi və unitar quruluşunun qorunmasının tərəfdarı olduğunu bildirib.

Görüşdə həmçinin xarici işlər naziri Hakan Fidan, Prezident Administrasiyasının Kommunikasiyalar şöbəsinin müdiri Fahrettin Altun, Prezident Administrasiyasının rəhbəri və səfir Həsən Doğan və Prezidentin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə müşaviri Akif Çağatay Kılıç iştirak ediblər.

Total
0
Shares
Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki Məqalə

Makron: Gənclərə qarşı çox ağır repressiyalara görə çox narahatıq

Növbəti Məqalə

Marneulidə vəziyyət tam başqadır – Reallıq isə tam başqa

Oxşar Xəbərlər