Fransa səfirliyinin məlumatına görə, respublika prezidenti Emmanuel Makron Gürcüstanda baş verən son hadisələr, xüsusən də qəbul edilmiş qanunlarla bağlı təəssüfünü ifadə edib.
“O, son aylarda Gürcüstanda baş verən neqativ hadisələri xatırladıb. Xüsusilə, ölkəni Avropa trayektoriyasından yayındıran və Avropa Şurasının ötən ilin iyununda təsdiq etdiyi kimi, üzvlük prosesinin faktiki dayandırılmasına səbəb olan qanunların qəbulundan təəssüfləndiyini bildirib” – Fransanın Gürcüstandakı səfirliyinin dərc etdiyi bəyanatda deyilir.