Sabah ölkədə XI Parlament seçkisi keçiriləcək

Oktyabrın 26-da Gürcüstanda XI çağırış parlament seçkisi keçiriləcək. İlk dəfə olaraq parlament seçkiləri tam proporsional sistemlə keçiriləcək – parlamentin bütün 150 mandatı 5 faizlik seçki baryerini keçən seçki subyektləri arasında proporsional şəkildə bölünəcək.

Həmçinin ilk dəfə olaraq oktyabrın 26-da keçiriləcək parlament seçkiləri elektron şəkildə ba tutacaq və burada seçicilərin təxminən 90%-i elektron cihaz vasitəsilə səs verəcək.

MSK-nın məlumatına görə, seçicilərin ümumi sayı 3 milyon 508 min 294 nəfərdir. Elektron texnologiyalardan istifadə etməklə 3 milyon 113 min 747 seçici seçkilərdə iştirak edəcək.

2024-cü il parlament seçkilərində 18 seçki subyekti iştirak edir. Seçici aşağıdakı siyasi birliklər arasında seçim etməli olacaq:

(#41) “Gürcü arzusu”

(№5) “Birlik – Milli Hərəkat”

(#4) “Dəyişiklik üçün koalisiya” – Qvaramia, Melia, Qirçi, Droa

(#9) “Güclü Gürcüstan” – Lelo, Xalq üçün, Azadlıq üçün!”

(#25) “Qaxaria Gürcüstan üçün “

(#8) “Gürcü Vətənpərvərlər Alyansı”

(#10) “Gürcüstanın Leyboristlər Partiyası”

(#36) “Qirçi”

(#23) “Biz”

(#6) “Avropalı Demokratlar”

(#17) “Gürcüstan”

(#12) “Bizim Vahid Gürcüstanımız”

(#26) “Sol Alyans”

(#20) “Azad Gürcüstan”

(#21) “Tribuna”

(#16) “Gürcüstanı dəyiş”

(#27) “Gürcü birliyi”

(#3) “Gürcüstan Birlik və İnkişaf Partiyası”

MSK-nın məlumatına görə, ümumilikdə 3111 seçki məntəqəsi seçicilərə xidmət göstərəcək. Bunlardan Gürcüstanda 3044 məntəqə, o cümlədən müstəsna hallarda yaradılmış 13 məntəqə açılıb, onlardan 12-si cəzaçəkmə müəssisələrində, biri isə psixi sağlamlıq mərkəzindədir.

Xaricdə yaradılan seçki məntəqələrinə gəlincə – 42 ölkənin 53 şəhərində 67 seçki məntəqəsi yaradılıb. Xaricdə yaradılmış seçki məntəqələrinin xüsusi siyahılarına 95 910 seçici daxil edilib.

Total
0
Shares
Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki Məqalə

“Bir neçə seçki məntəqəsində qeydiyyat masası elə yerləşdirilib ki, onu müşahidə etmək mümkün deyil”- Müxalifət qanun pozuntularından danışır

Növbəti Məqalə

Sabahkı Parlament seçkilərində qanunla nələr qadağandır?-ƏTRAFLI

Oxşar Xəbərlər