“Bu gün biz qalib gəlmək üçün bir yerdəyik. Biz ciddi şəkildə qalib gələcəyik və hökuməti sülh yolu ilə dəyişəcəyi”.
Neytral.ge xəbər verir ki, Gürcüstanın dördüncü prezidenti, “Güclü Gürcüstan” koalisiyasının liderlərindən biri Qiorqi Marqvelaşvili Batumidə keçirilən seçkiqabağı təşviqat kampaniyası tədbirinğğğğdə deyib.
Gürcüstanın dördüncü prezidentinin sözlərinə görə, “Güclü Gürcüstan” timsalında gürcü seçicilərinin tələb etdiyi elə bir qüvvə formalaşıb ki, bu “nə əvvəlki hökumətin, nə də əvvəlki hakimiyyətin problemlərinin yükü altında olmayan” qüvvədir.
“ Bu gün mən qətiyyətlə deyirəm ki, Biz ciddi şəkildə qalib gələcəyik və hökuməti sülh yolu ilə dəyişəcəyik. Hesab edin ki, hökumət təhvil verilib. Nə əvvəlki hökumətin, nə də əvvəlki hakimiyyətin problemlərinin ağırlığını çəkməyən qüvvə formalaşıb və bu qüvvə “Güclü Gürcüstandır!”, – Marqvelaşvili bildirib.
Onun sözlərinə görə, oktyabrın 26-da keçiriləcək seçkilərə 2 milyondan çox seçici gəlsə, “Gürcü arzusu” hakimiyyətdən əl çəkməli olacaq.