Seçki qutusuna onlarla seçki bületeni doldurulduğu məntəqə bağlanıb.
Marneulidə eyni vaxtda qutuya onlarla seçki bületini yükləndiyi 69 saylı seçki məntəqəsi bağlanıb.
Qərar bir neçə dəqiqə əvvəl verilib.
Bundan əvvəl MSK sədri fövqəladə bəyanatla çıxış edərək “belə halların nəticələri şübhə altına aldığını” bildirmişdi.
Qeyd etmək istəyirik ki, qanun pozuntusunu icra edən komissiya üzvü və həmçinin Bələdiyyə deputatı Rövşən İsgəndərov olub. O, açıq səkildə 41 nomrəli işarə edilmiş bületenləri seçki qutusuna atır.