Sallivan: İranın İsrailə hücumunun ağır nəticələri olacaq, ABŞ İsraillə işləyəcək

Ağ Evin Milli Təhlükəsizlik müşaviri Ceyk Sullivan İranın İsrailə ballistik raketlərlə hücumunu pisləyib və bu hərəkəti mühüm bir eskalasiya kimi qiymətləndirib. O, həmçinin əlavə edib ki, görünür, İsrail insan itkisi olmadan İranın hücumunu dəf edib.

“Bu, İran tərəfindən mühüm eskalasiyadır, mühüm hadisədir və o da vacibdir ki, biz İsraillə birlikdə İsrailə hücumda heç kimin ölmədiyi bir vəziyyət yarada bildik”. – Sullivan dedi.

Sullivan həmçinin əlavə edib ki, İranın hücumu “bu hücumun nəticələri, çox ağır nəticələri olacaq və biz [ABŞ] bunu reallaşdırmaq üçün İsraillə birlikdə çalışacağıq”.

Sallivanın sözlərinə görə, Bayden administrasiyası vəziyyəti izləyir və İsrail tərəfi ilə hücuma cavab olaraq növbəti addımları müzakirə edir.

Total
0
Shares
Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki Məqalə

IDF: İrandan atılan ballistik raketlərinin çoxu zərərsizləşdirilib

Növbəti Məqalə

Ukraynada əsirlərlə bağlı araşdırma başlayıb

Oxşar Xəbərlər