Gürcüstanın beşinci prezidenti Salome Zurabişvili 2025-ci il Münhen Təhlükəsizlik Konfransı çərçivəsində ABŞ nümayəndə heyəti ilə görüşüb.
Amerikalı respublikaçı konqresmen Co Vilson X-də görüş haqqında yazıb.
“Yaxşı dostum və Gürcüstanın qanuni prezidenti Salome Zurabişvilini gördüyümə görə minnətdaram! Qeyri-legitim İvanişvili oktyabrda seçkiləri saxtalaşdırdı və indi Gürcüstanda diktatura qurur. Biz dərhal rejimə sanksiya tətbiq etməliyik. Azad və ədalətli seçkilər irəliyə doğru yeganə yoldur!” – Vilson yazır.
ABŞ nümayəndə heyəti ilə yanaşı, Münhen konfransının ikinci günündə Zurabişvili Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaya Kallas, Fransanın Xarici İşlər Naziri Jan-Noel Barro, Avropa Şurasının baş katibi Alen Berce, Çexiya, Moldova və Estoniya prezidentləri, Moldova və digər dövlətlərin baş nazirləri ilə görüşüb.
Əldə olan məlumata görə, Zurabişvili Gürcüstan mediasının 17 nümayəndəsinin birgə məktubunu adıçəkilən rəhbərlərə təqdim edib və rejim tərəfindən həbs edilən jurnalist və aclıq edən Netgazeti və Batumelebi-nin direktoru Mzia Amağlobelinin durumundan danışıb.