Rusiyaya xidmət edirsiniz, yoxsa Gürcüstana?! – Prezident xüsusi təyinatlılara yaxınlaşdı
Gürcüstanın beşinci prezidenti Rustaveli prospektində yerləşən xüsusi təyinatlıların yanına gedərək maskalılarla danışmağa çalışıb.
“Rusiyaya xidmət edirsiniz, yoxsa Gürcüstana” – prezident onlara müraciət edib.
Ali Baş Komandan bir-bir paytaxtın əsas prospektində polis qüvvələrinin nümayəndələrinə yaxınlaşaraq vətənə verdikləri əhdi xatırladıb:
“Bu ölkənin dövlətçiliyini, vətəndaşını qorumaq sizin borcunuzdur, başqa nə borcunuz var?! – Xalqı parçalamaq, Rusiyaya, yoxsa Gürcüstana qulluq edirsiniz, kimə and içmisiniz?
Mənə cavab maraqlıdır, prezidentə cavab vermirsiniz? Siz gələcəyi düşünmürsünüz, nə ölkəni, nə övladlarınızı, nə də əcdadlarınızı düşünmürsünüz, kimə qulluq edirsiniz, niyə, nəyin xatirinə, neçə lariyə görə başqa ölkəyə xidmət edirsiniz?”, – deyə prezident bildirib.