Salome Zurabişvili yanvarın 18-də iki gəncin saxlanması haqqında

“Etirazçıların naməlum şəxslərin xarici dövlət nömrə nişanlı avtomobillərlə qaçırılması İvanişvili rejiminin repressiyalarının yeni versiyasıdır. Mən Vaşinqtonda onların hüquqlarının və gələcəyinin oğurlandığını görən insanların səsini təmsil edirəm!” – Gürcüstanın beşinci prezidenti Salome Zurabişvili X-də yazır və yanvarın 18-də Rustaveli metrosu yaxınlığında Otar Kvaratsxeliya və Rati Tkemaladzenin saxlanmasına cavab verir.

Yanvarın 18-də Rustaveli metrostansiyası yaxınlığında həbs edilən 18 yaşlı Otar Kvaratsxeliya və 23 yaşlı Rati Tkemaladze Diğomi istintaq təcridxanasında saxlanılır.

Hadisə şahidlərinin sözlərinə görə, Rati Tkemaladze və Otar Kvaratsxeliya naməlum şəxslər tərəfindən qaçırılıb. Həbs zamanı özlərini təqdim etmədikləri və həbsin səbəbini açıqlamadıqları üçün onların şəxsiyyətini müəyyənləşdirmək mümkün olmayıb.

Total
0
Shares
Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki Məqalə

Qardabanidə yaşı 20-dən az olan oğlan yol qəzasında ölüb

Növbəti Məqalə

Tsahkna: ABŞ kimi Avropa da TikTok-u qadağan etməlidir

Oxşar Xəbərlər