Sameqreloda 38 190 qutu aksizsiz siqaret ələ keçirilib

Maliyyə Nazirliyinin İstintaq Xidməti Sameqrelo-Zemo Svaneti Polisi ilə birlikdə aksiz markası olmayan külli miqdarda malların saxlanması faktına görə bir nəfəri həbs edib.

“Aparılan istintaq hərəkətləri nəticəsində Sameqrelo bölgəsində təqsirləndirilən şəxslərdən satış üçün nəzərdə tutulmuş, ümumi bazar dəyəri 179 000 laridən çox olan 38 190 qutu aksizsiz siqaretlər götürülüb.

Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 6 ildən 8 ilədək azadlıqdan məhrumetməni nəzərdə tutan 200-cü maddəsinin 3-cü hissəsi ilə istintaq aparılır.

Təqsirləndirilən şəxslərlə cinayət əlaqəsində olan şəxslərin müəyyən edilərək ifşa olunması istiqamətində müvafiq tədbirlər həyata keçirilir”, – deyə İstintaq Xidməti məlumat yayıb.

Total
0
Shares
Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki Məqalə

DİN: Xətanın aradan qaldırılması üzərində işləyirik

Növbəti Məqalə

Zurabişvili: Viza liberallaşdırılmasına son qoymaq kampaniyası Avropadan yox, bu rejimdən gəlir

Oxşar Xəbərlər