Seçkilər tamamilə saxtalaşdırılıb – Gürcüstan prezidenti bu barədə Orbeliani sarayında keçirilən fövqəladə brifinqdə bildirib.
Prezident birbaşa deyir ki, “texnologiya saxtakarlığı ağartmaq üçün istifadə olunub”:
“Tamamilə saxta idi, səslərinizin tam müsadirəsi. Müxtəlif ölkələrdə gördüyümüz üsullardan istifadə edirlər. Bunlar isə bu texnologiyani saxtakarlığı ağartmaq üçün istifadə ediblər. Heç vaxt belə bir şey olmayıb. Biz Rusiya xüsusi əməliyyatının, xalqımıza, ölkəmizə qarşı aparılan hibrid müharibəsinin şahidi və qurbanı olduq”, – Salome Zurabişvili bildirib.