Seçkilər üçün müşahidə missiyası yaradır

“Mənim səsim Avropa İttifaqına” – 30-a qədər QHT 26 oktyabr seçkiləri üçün müşahidə missiyası yaradır

Neytral.ge xəbər verir ki, “Mənim səsim Avropa İttifaqına” – Gürcüstanda 30-a yaxın qeyri-hökumət təşkilatı 2024-cü il seçkiləri üçün müşahidə missiyası yaradır. 

Keçmiş ictimai müdafiəçi və Gürcüstanın Avropa Orbiti qeyri-hökumət təşkilatının təsisçisi Nino Lomcariyanın sözlərinə görə, 18 yaşına çatmış vətəndaşların qeydiyyatdan keçə biləcəyi müşahidəçilər bazası yaradılır. 

“Gürcüstanın 30-a yaxın vətəndaş cəmiyyəti təşkilatı koalisiya şəklində seçkiləri izləmək barədə qərar qəbul edib və 18 yaşına çatmış vətəndaşlara bizim müşahidəçi bazamızda qeydiyyatdan keçməyi təklif edib. 

Bizim planlarımız bütün Gürcüstanda seçkiləri izləmək və hər bir məntəqədə müşahidəçilərin olmasıdır. Təbii ki, digər müşahidə missiyaları ilə də koordinasiyada olaq”, – Lomcaria bildirib. 

Total
0
Shares
Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki Məqalə

Orban: Mənim sülhməramlı missiyam hələ bitməyib

Növbəti Məqalə

„Xalqın Gücü” nün növbəti anti-Qərb bəyanatı

Oxşar Xəbərlər