SƏM: 143 günlük aclıq aksiyasının ziyanı geri dönməz ola bilər

Sosial Ədalət Mərkəzinin məlumatına görə, azərbaycanlı jurnalist Əfqan Sadıqovun (143 günlük aclıq aksiyası nəticəsində vaxtaşırı huşunu itirən, 40 kilo arıqlayan, əlil arabası ilə hərəkət edən və danışmaqda çətinlik çəkən) səhhətinə gözlənilən zərərin qarşısı alınmaz ola bilər – SƏM Anri Oxanaşvili və Xalq Müdafiəçisini onun Azərbaycana ekstradisiyasından imtina etmək üçün fərdi qərar qəbul etməyə çağırır ki, bu da “cinayət hüququ sahəsində beynəlxalq əməkdaşlıq haqqında” qanunda nəzərdə tutulur.

“Təəssüf ki, aclıq çəkən jurnalist hələ də orqanizmi üçün lazım olan, sağlamlığının qorunması üçün son dərəcə zəruri olan su və əlavələri almır. Əfqan Sadıqov artıq danışmaqda və əlil arabası ilə hərəkət etməkdə çətinlik çəkir, vaxtaşırı huşunu itirmə epizodları olur.

Əfqan Sadıqov 143 gündür aclıq çəkir və səhhətinin vəziyyəti son dərəcə ağırdır. Hazırda onun çəkisi 56 kiloqramdır, həbs olunduqdan sonra bu çəki 40 kiloqramdan çox azalıb. Penitensiar müəssisənin həkimlərinin sözlərinə görə, uzun aclıq aksiyasından sonra onun səhhətinə gözlənilən zərər geri dönməz ola bilər.” – Sosial Ədalət Mərkəzi Gürcüstanın Xalq Müdafiəçisi və Anri Oxanaşviliyə çağırış edir.

“Əfqanın vəziyyətinə mütəmadi olaraq nəzarət edilməli, həmçinin dövlətin məhbusla vasitəçilik və psixo-sosial dəstək prosesini gücləndirəcək xüsusi multidisiplinar komissiya yaradılmalıdır.

Əfqan Sadıqovun son dərəcə ağır vəziyyətinə, habelə Avropa Məhkəməsinin qərarının məzmununa və ruhuna əsaslanaraq, onun Azərbaycana ekstradisiyasından imtina barədə fərdi qərar qəbul etmək, “cinayət hüququ sahəsində beynəlxalq əməkdaşlıq” imkanı Qanun verir”, – məlumatda deyilir.

Hakim Lela Maridaşvili Tbilisidə saxlanılan azərbaycanlı jurnalist Əfqan Sadıqovun ekstradisiya həbs müddətini 3 ay, mayın 3-dək uzadıb. Fevralın 3-də jurnalist quru aclıq aksiyasına başlayıb. 

Sosial Ədalət Mərkəzinin məlumatına görə, fevralın 5-də ekstradisiya həbsində olan aclıq çəkən azərbaycanlı jurnalist Əfqan Sadıqov bir neçə saat huşsuz vəziyyətdə olub. 

Total
0
Shares
Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki Məqalə

AXİOS: Seçkiqabağı dövrdə İranın Trampa sui-qəsd təhlükəsi daha ciddi idi

Növbəti Məqalə

Baltikyanı ölkələr Avropanın vahid enerji sisteminə qoşulub

Oxşar Xəbərlər