Sosial Ədalət Mərkəzi Beynəlxalq Əmək Təşkilatını Gürcüstanda ayrı-seçkilik motivləri ilə dövlət sektorunda baş verən kütləvi işdən çıxarılmalara diqqət çəkməyə və bu məsələlərlə bağlı dərhal istintaq komissiyasının yaradılması imkanını nəzərdən keçirməyə çağırır.
SƏM-nin məlumatına görə, 2024-cü ilin dekabrından başlayaraq dövlət sektorunda çalışan işçilərin kütləvi ixtisarı bu günə qədər davam edir.
“Hökumətin Avrointeqrasiya prosesini dayandırmaq qərarına açıq şəkildə etiraz edən, o cümlədən birgə bəyanatlar dərc etməklə və etiraz aksiyalarında iştirak edən dövlət qurumlarında çalışan insanlar işdən qovulurlar” – bəyanatda yazılıb.