Neytral.ge xəbər verir ki, sentyabrın 26-da Ağ Evdə ABŞ prezidenti və Ukrayna prezidenti arasında görüş baş tutacaq.
Sentyabrın 26-da Ağ Evdə ABŞ prezidenti Co Bayden və Ukrayna prezidenti Vladimir Zelenski görüşəcək – jurnalist Aleks Raufoğlu Ağ Evə əsaslanaraq X sosial şəbəkəsində məlumat yayıb.
Vitse-prezident Kamala Harris və Vladimir Zelenski arasında təkbətək görüş keçiriləcək.
„Liderlər Rusiya-Ukrayna müharibəsi, eləcə də Ukraynanın strategiyası və Rusiyanın təcavüzünə qarşı ABŞ-ın Ukraynaya dəstəyi barədə danışacaqlar. Prezident və vitse-prezident Ukraynanın yanında olmaq üçün sarsılmaz dəstəyini vurğulayacaqlar”, – Ağ Ev yazıb.