Dekabrın 22-də Serbiyanın paytaxtı Belqradda tələbələr və fermerlər birliklərinin təşkilatçılığı ilə prezident Aleksandr Vuçiçə və hökumətə qarşı kütləvi etiraz aksiyası keçirilib.
Noyabrın 2-də Serbiyanın ikinci ən böyük şəhəri olan Novi Sadda dəmiryol vağzalında beton tavanın uçması və azı 14 nəfərin ölümündən sonra Serbiya həftələrdir etirazlarla sarsılır.