İsrail ordusu Seyid Həsən Nəsrullahın ölümünü təsdiqləyir.
İsrail Müdafiə Qüvvələri Livanın “Hizbullah” qruplaşmasının liderinin məhv edildiyini təsdiqləyib.
İsrail ordusunun beynəlxalq mətbuat sözçüsü Nadav Şoşanın “X” səhifəsində yazdığı kimi, Seyid Həsən Nəsrullah Beyrutun cənub ətraflarında “Hizbullah”ın mərkəzi qərargahına İsrail hərbi qüvvələrinin hücumu nəticəsində öldürülüb.
İranın dəstəklədiyi “Hizbullah” Seyid Həsən Nəsrullahın sıradan çıxarılması ilə bağlı rəsmi açıqlama verməyib.
Xatırladırıq ki, dünən, sentyabrın 27-də İsrail Hərbi Hava Qüvvələri “Hizbullah” təşkilatının Livanın paytaxtı Beyrutdakı əsas qərargahına hücum edib.