Seyid Həsən Nəsrullahın ölüm xəbəri təsdiqlənib

İsrail ordusu Seyid Həsən Nəsrullahın ölümünü təsdiqləyir.

İsrail Müdafiə Qüvvələri Livanın “Hizbullah” qruplaşmasının liderinin məhv edildiyini təsdiqləyib.

İsrail ordusunun beynəlxalq mətbuat sözçüsü Nadav Şoşanın “X” səhifəsində yazdığı kimi, Seyid Həsən Nəsrullah Beyrutun cənub ətraflarında “Hizbullah”ın mərkəzi qərargahına İsrail hərbi qüvvələrinin hücumu nəticəsində öldürülüb.

İranın dəstəklədiyi “Hizbullah” Seyid Həsən Nəsrullahın sıradan çıxarılması ilə bağlı rəsmi açıqlama verməyib.

Xatırladırıq ki, dünən, sentyabrın 27-də İsrail Hərbi Hava Qüvvələri “Hizbullah” təşkilatının Livanın paytaxtı Beyrutdakı əsas qərargahına hücum edib.

Total
0
Shares
Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki Məqalə

Ölkə xəyanətkar rejim tərəfindən idarə olunur – Baramidze

Növbəti Məqalə

ABŞ-da “Helen” qasırğası 44 nəfərin həyatına son qoyub

Oxşar Xəbərlər