Şida Kartlidə qətl – 15 yaşlı qız həbs edilib və 74 yaşlı kişini öldürməkdə ittiham olunur. Məlumatı Daxili İşlər Nazirliyi yayıb:
“Daxili İşlər Nazirliyinin Şida Kartli Polis İdarəsinin əməkdaşları həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri nəticəsində qəsdən adam öldürmə maddəsi ilə 2009-cu il təvəllüdlü G.K.-nı həbs ediblər.
İstintaq müəyyən edib ki, təqsirləndirilən şəxs Xaşuri bələdiyyəsində 1950-ci il təvəllüdlü Z.L.-nin bədəninə soyuq silahla xəsarətlər yetirib və bundan sonra hadisə yerindən gizlənib.
Aldıqları xəsarətlər nəticəsində yaralı yerindəcə keçinib.
Hüquq-mühafizə orqanlarının əməkdaşları onu isti izlərlə tapara həbs ediblər. Polis cinayət silahını – bıçağı sübut kimi çıxarıb”, – Daxili İşlər Nazirliyindən bildirilib.
Qəsdən adam öldürmə faktı ilə bağlı Cinayət Məcəlləsinin 108-ci maddəsi ilə istintaq davam etdirilir. Cinayət 10 ildən 15 ilədək azadlıqdan məhrum etmə ilə cəzalandırılır.