Şimal dənizində neft tankeri və yük gəmisi toqquşub. BBC-nin məlumatına görə, hər iki gəmidə yanğın var.
Toqquşma Şərqi Yorkşir sahillərində baş verib.
Hadisə yerinə bir neçə xilasedici gəmi və Sahil Mühafizəsinin helikopteri göndərilib.
Kral Milli Xilasetmə Qayıqları İnstitutunun məlumatına görə, “toqquşmadan sonra bir neçə nəfər gəmiləri tərk edib və hər iki gəmidə yanğın var”.
Böyük Britaniya Sahil Mühafizəsinin məlumatına görə, “insident davam edir”.
BBC-nin yazdığı kimi, tanker çox güman ki, Amerikanın “Stena Immaculate” tankeri, yük gəmisi isə Portuqaliyanın “Solong” gəmisidir.
Nəşrin məlumatına görə, Amerika tankeri Yunanıstan limanlarından birindən gəlirmiş və Humber estuarında dayanmışdı.
Portuqaliyaya məxsus yük gəmisi Şotlandiya limanlarından birindən Rotterdama gedirdi.