Şimali Koreya Cənubi Koreyanı birləşdirən yolların hissələrini partladıb

Şimali Koreya Cənubi Koreyanı birləşdirən yolların hissələrini partladıb

Şimali Koreya silahsızlaşdırılmış zonada Cənubi Koreyanı birləşdirən avtomobil və dəmir yolu xətlərinin hissələrini partladıb. Nüfuzlu nəşrlərin yazdığı kimi, bu, Pxenyanın Seula qarşı “qəzəbinin simvolik ifadəsidir”. 

Cənubi Koreyanın Birləşmə Nazirliyi Pxenyanın hərəkətlərini kəskin şəkildə pisləyib və bunu “patoloji” adlandırıb. 

Partlayışlara cavab olaraq Cənubi Koreya ordusu sərhəd yaxınlığında xəbərdarlıq atəşi açıb. ABC News nəşrinin yazdığı kimi, partlayışlar nəticəsində Cənubi Koreya tərəfindəki sərhəd zolağı zədələnməyib. 

Cənubi Koreyanın özünümüdafiə qüvvələrinin yaydığı videoda Şimali Koreyanın qara sədd çəkdiyi yol hissəsində partlayışın baş verdiyi an əks olunub. Cənuba baxan yol nişanında “Əlvida” yazılıb və Şimali Koreyanın Kesonq şəhərinin 10 metr uzaqda olduğu qeyd edilib. 

Şimali Koreyanın Demilitarizasiya Bölgəsi (DMZ) yaxınlığında Cənuba birləşdirən yolları partlatmağa hazırlaşdığı barədə məlumatı dünən, oktyabrın 14-də Seul yayıb. 

Total
0
Shares
Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki Məqalə

Ermənistanla sülh müqaviləsinin bəndlərini ayırmaq olmaz – İlham Əliyev

Növbəti Məqalə

Siz bizim qardaşlarımızsınız – Məsud Pezeşkian

Oxşar Xəbərlər