Şimali Koreya Rusiya-Ukrayna müharibəsində 1100 nəfər itki verib

Cənubi Koreyanın Birləşmiş Qərargah Rəisləri Koreya Xalq Demokratik Respublikasının (KXDR, Şimali Koreya) Rusiya-Ukrayna müharibəsində 1100 nəfər itki verdiyini bəyan edib.

Bu barədə dekabrın 23-də “Yonhap” məlumat yayıb.

“Bir çox kəşfiyyat məlumatlarının hərtərəfli qiymətləndirilməsi göstərir ki, Şimali Koreya Rusiyaya qoşun yerləşdirməsini rotasiya etməyə və ya artırmağa hazırlaşır”, – Qərargah Rəisləri Komitəsinin məlumatında deyilir.

Məlumatda deyilir ki, Şimali Koreya Rusiyaya pilotsuz təyyarələr verə bilər.

Əlavə olunur ki, Şimali Koreya Ukraynaya qarşı müharibədə iştirak üçün Rusiyaya 10-12 min hərbçi göndərib.

Total
0
Shares
Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki Məqalə

Mən özümü yalnız qətldə günahkar bilirəm – Kesariyanı qətlə yetirən

Növbəti Məqalə

Tsakna: Gürcüstan hakimiyyətinin hədələyici bəyanatları qəbuledilməzdir

Oxşar Xəbərlər