Cənubi Koreya: Şimali Koreya Rusiyaya dəstək üçün qoşun göndərəcək.
Cənubi Koreyanın müdafiə nazirinin sözlərinə görə, Şimali Koreya Rusiyaya dəstək üçün Ukraynaya qoşun yeridəcək.
Bu barədə Cənubi Koreyanın müdafiə naziri Kim Yonq-hen parlamentin iclasında danışıb.
“Rusiya və Şimali Koreya hərbi ittifaqa bənzəyən birgə saziş imzaladıqdan sonra Ukraynaya qoşun yeritmək ehtimalı yüksəkdir”.
Son zamanlar Rusiya və Şimali Koreya münasibətlərini möhkəmləndirməklə məşğuldur. 2024-cü ilin iyununda ölkə liderləri Vladimir Putin və Kim Çen In arasında hərbi sahədə əməkdaşlığı ehtiva edən birgə saziş imzalanıb.
Bir müddət əvvəl Donetsk yaxınlığında bir neçə Şimali Koreya əsgərinin öldürüldüyü məlum olub. Müdafiə naziri Kimin sözlərinə görə, məlumat doğrudur.