Şimali Makedoniyada gecə klubunda baş verən yanğında 51 nəfər ölüb

Martın 16-da Şimali Makedoniyada gecə klubunda konsert zamanı baş verən yanğın nəticəsində 50-dən çox insan həlak olub.

Şimali Makedoniya Daxili İşlər Nazirliyinin məlumatına görə, Koçan şəhərindəki “Pulse” gecə klubunda baş verən genişmiqyaslı yanğın nəticəsində azı 51 nəfər ölüb, 100-dən çox insan yaralanıb.

Faciə bazar günü səhər yerli vaxtla saat 3:00 radələrində ADN hip-hop duetinin çıxışı zamanı baş verib.

Konsertdə yanğın baş verən zaman klubda 1500-dən çox insan olub.

Yerli KİV-in məlumatına görə, yanğına səbəb, ehtimal ki, pirotexniki vasitələrdən istifadə olub.  Səhnədən başlayan yanğın sürətlə yayılıb və bu səbəbdən onu tez bir zamanda söndürmək mümkün olmayıb.

Total
0
Shares
Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki Məqalə

Tbilisidə 21 yaşlı gənc öldürülüb

Növbəti Məqalə

Makron: Avropa qüvvələrinin Ukraynada yerləşdirilməsi məsələsi Rusiyadan asılı deyil

Oxşar Xəbərlər