Simonyan: Zəngəzur dəhlizi bizim üçün qırmızı xəttidir

Ermənistan Milli Assambleyasının sədri Alen Simonyan “Azadlıq” radiosunun erməni xidmətinə müsahibə verib.

Ermənistan parlamentinin spikeri II Qarabağ müharibəsi haqda suala cavab verib ki, savaş başlayanda dünya o müharibəyə Yerevanın istədiyi şəkildə cavab vermədiyi üçün çox məyus oldular:

“Səbəb də bizim tərəfimizdən legitimliyin olmaması idi. Bilirsiniz, Qarabağa hücum etmək və Ermənistandan torpaqları işğal etmək hüquq baxımından başqa şeylərdir. Azərbaycan Qarabağda əməliyyat keçirdi, çünki onun çərçivəsində BMT-nin ən azı 3-4 qətnaməsi var idi. Əlbəttə, müharibəyə heç bir şəkildə haqq qazandırmaq olmaz”.

Alen Simonyan onu da vurğulayıb ki, dəhliz məsələsi (Zəngəzur dəhlizi nəzərdə tutulur – red) onların qırmızı xəttidir:

“Konstitusiya məsələsinə gəlincə, mən hesab etmirəm ki, biz qərar verməli olduğumuz məqama çatmamışıq. Demişik ki, həll yolu budur. Lakin dəhliz məsələsində bu, bizim üçün qırmızı xəttdir”.

Total
0
Shares
Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki Məqalə

Kyivpost: Rusiya Şimali Koreyadan qaçan 18 əsgəri əsir götürüb

Növbəti Məqalə

Bülletendə müxalifət partiyaları müharibə partiyaları kimi göstərilib – Qriqalaşvili

Oxşar Xəbərlər