Siqaret, siqar və siqarilalara aksiz vergisi 20 tetri və “Aikos” 15 tetri artacaq. Bu barədə məsələnin spikeri, deputat İrakli Xeladze Maliyyə və Büdcə Komitəsinin iclasında çıxış edib.
Parlament qanun layihəsinə sürətləndirilmiş qaydada baxacaq.
“Assosiasiya müqaviləsinə əsasən, biz qanunvericiliyi tütünlə bağlı direktivlərə uyğunlaşdırmaq öhdəliyimiz var. 2016-cı ildən sonra aksiz rüsumunun dərəcəsi dəyişməyib. [Planlaşdırılan dəyişikliklərlə] tütün məmulatlarına aid aksiz dərəcəsi 20 tetri artırılacaq. Söhbət siqaretdən, siqardan və siqariloladan gedir. “Aikos”a münasibətdə burada tütünün qızdırılmasını nəzərdə tuturuq, aksiz dərəcəsi 15 tetri artacaq ki, bu da istehlakçıların azalmasının müsbət kontekstində özünü göstərir. Eyni zamanda, büdcəyə daxil olan vəsaitlər də xeyli artacaq”, – deyə Maliyyə və Büdcə Komitəsinin iclasında məsələnin spikeri deputat İrakli Xeladze bildirib.