“Sistem məhv edilməlidir” – tələbələr 26 gündür İliya Dövlət Universitetində gecələyirlər

İlya Dövlət Universitetində davamlı etiraz – 26-cı gündür ki, gənclər iki əsas tələblə təhsil ocağının divarları arasında gecələyirlər.

Yenidən parlament seçkilərinin təyin edilməsi, vicdan məhbuslarının azadlığa buraxılması tələbələrin ətrafında birləşdiyi tələblərdir. 

“Dəyişiklikləri həbs etmək olmaz”, “Sistem dağıdılmalıdır”, “Oliqarxiyaya od” – bu məzmunlu pankartlar qələbəyə qədər mübarizə elan edən vətəndaşlar tərəfindən universitetin divarlarına asılmış.

“İlya tələbə hərəkatı artıq 26-cı gündür ki, universitetin foyesindən baş verənlərə etiraz edir. Bizim əsas tələbimiz təkrar seçkilər və haqsız yerə həbs edilənlərin azadlığa buraxılmasını nəzərdə tutan ümumi tələblə birləşir. Kavelaşvili binalarda nümayişi qadağan edən yeni qanun imzaladıqdan sonra etiraz daha da gücləndi, bu, bizim burada qalmağımız üçün daha bir stimuldur. Bu qanunlar bizim üçün qeyri-legitimdir və mən onları tanımıram”, – tələbələrdən biri deyir.

Xatırladırıq ki, bu yaxınlarda İlyanin tələbə hərəkatı birpartiyalı parlamentin qəbul etdiyi repressiv qanunlara bəyanatla cavab verib.

Total
0
Shares
Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki Məqalə

Rejimin bütün sərhədləri aşmasının bariz təzahürlərindən biri də fəalları döyməsidir

Növbəti Məqalə

Vaja Siradze kömək üçün Qomelauriyə müraciət edib

Oxşar Xəbərlər