Sentyabrın 9-da Sitsiliya sahillərində miqrant gəmisinin batması nəticəsində itkin düşən 6 nəfərin cəsədi tapılıb. Meyitlər İtaliyanın Lampeduza adasına təhvil verilib.
Neytral.ge İtaliya mətbuatı rəsmilərin məlumatlarına əsaslanaraq yazır ki, bu həftənin əvvəlində Liviya sularında batan gəmidə ölənlərin olduğu ehtimal edilir.
Bu həftənin çərşənbə günü İtaliyanın sahil mühafizəsi batmış qayıqdan yeddi suriyalını xilas edib. Sağ qalanların sözlərinə görə, onlar sentyabrın 1-də Liviyanı gəmi ilə tərk ediblər və göyərtədə olan 28 nəfərdən 21-i, o cümlədən üç uşaq hava şəraiti səbəbindən dənizdə ölüb.