Müstəntiqlər deyir ki, SOCAR Maltalı biznesmen Yorgen Feneç və başqaları ilə birlikdə çirkli pulların yuyulmasında iştirak edib.
Maltalı biznesmen Yorgen Feneç 2016-cı ildə 450 milyon avroluq dövlət tenderi udub. Times of Malta nəşrinin yazdığına görə, onun bu tenderdə rəhbərlik etdiyi konsorsiuma daxil olan şirkətlərdən biri də SOCAR Trading şirkəti olub.
“Guardian” nəşrinin məlumatına görə, SOCAR bu tenderdən mayeləşdirilmiş təbii qaz (LNG) təchizatçısı olaraq 32 milyon avro əldə edib. Maraqlısı budur ki, SOCAR həmin vaxt heç bir LNG istehsalı ilə məşğul olmayıb.
2021-ci ildə “Times of Malta” nəşrinin yazdığına görə, Azərbaycan hökuməti Malta ilə əlaqələrini gücləndirmək üçün biznesmen Yorgen Feneçlə yaxından işləməyə başlayıb.
Qeyd edək ki, Yorgen Feneçin adı daha əvvəl məşhur Maltalı araşdırmaçı jurnalist Dafne Karuana Qalizianın qətlində hallanıb.