Son dəqiqə! BDU-nun qapısı açıldı

BDU-nun barrikadalı qapısı açıldı – tələbələr öz həmfikirlərini aksiyaya qoşulmağa çağırır

Batumi Dövlət Universitetinin qapısı açıldı.  Bu zaman istənilən tələbə aksiyaya qoşula bilər.  “TV Pirveli” tamaşaçılara süni şəkildə yaradılmış maneələr barədə danışdıqdan sonra təhlükəsizlik əməkdaşları binanın kilidini çıxarıblar. 

Etiraz edən tələbələr indi hamını onlara qoşulmağa çağırırlar.

“Nəhayət, qapımız açıldı və bu problem həll olundu. Biz ümidimizi itirmirik və əminik ki, bütün bunlar öz nəticəsini verəcək, çoxlu tələbələr bizə qoşulub və inanıram ki, hər bir tələbənin səsi həlledici əhəmiyyət kəsb edəcək” – gənc etirazçı deyir.  

Üçüncü gündür ki, BDU-nun müxtəlif fakültələrinin tələbələri saxta seçkilərə və universitet rəhbərliyinə etiraz edirlər. Tələbələrdə məlumat var ki, rektor Merab Xalvaşi İvanişvili hökumətinin tərəfdarıdır və “Gürcü Arzusu” partiyasının tədbirlərində iştirak edir.

Total
0
Shares
Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki Məqalə

BDU tələbələri fiziki təzyiqə məruz qalıblar

Növbəti Məqalə

Tbilisidə polis yaralanıb – hüquq-mühafizə orqanının əməkdaşı öz evində güllələnib

Oxşar Xəbərlər