Son dəqiqə: Avropa Parlamenti Gürcüstanla bağlı qətnamə qəbul etdi

Noyabrın 28-də Avropa Parlamentində Gürcüstanda keçirilən parlament seçkilərindən və seçki saxtakarlığı iddiasından sonra, Beş partiyanın – Avropa Xalq Partiyası (EPP), Yaşıllar və Sosialistlər və Demokratlar Alyansı (S&D), Avropa Mühafizəkarları və İslahatçılar (ECR), Avropanı Yenilə və Yaşıllar (Verts/ALE) partiyası „Ölkədə demokratik böhranın pisləşməsi ilə bağlı” birgə qətnamə qəbul edildi.

Birgə qətnamədə Avropa Parlamentinin deputatları Gürcüstan hakimiyyətinə qarşı bir sıra tədbirlərin görülməsini, o cümlədən “Gürcü arzusu”nun nümayəndələrinə qadağa qoyulmasını, Bidzina İvanişviliyə şəxsi sanksiyaların tətbiqini və Gürcüstanla vizasız rejimə yenidən baxılmasını tələb edirlər. Avropa Parlamentinin deputatları həmçinin beynəlxalq ictimaiyyəti 2024-cü il parlament seçkilərinin nəticələrini tanımamağa çağırırlar, çünki seçkilərdəki pozuntuların miqyası prosesin “legitimliyini sarsıdıb”.

Total
0
Shares
Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki Məqalə

Biz bir-birimizə yaxşılıq istədiyimizi sübut etməliyik – Kobaxidze

Növbəti Məqalə

“Oreşnik”in hədəfi Kiyevdə yerləşən qərar mərkəzləri ola bilər – Putin

Oxşar Xəbərlər