Marneulidə 69 saylı seçki məntəqəsində seçki qutusuna bülletenlər atan “Gürcü Arzuları”ndan olan Şəhər Şurasının üzvü Rövşən İskəndərov həbs edilib.
Neytral.ge xəbər verir ki, bu bardə Parlament sədrinin məlumat verib.
“Cəmi bir neçə insident qeydə alınıb, bütün hadisələrə reaksiya verilib. Marneulidə 69-cu seçki məntəqəsində baş verənlərə cavab olaraq bildirmək istəyirəm ki, saxtakarlıq edən şəxs artıq həbs olunub.
Bilmirəm nə dərəcədə doğrudur, amma deyilir ki, bülletenləri doldurmağa çalışan “Lelo”nun nümayəndəsi olub. Bütün şikayətlərə baxılacaq, bütün bu yalanlara cavab veriləcək”, – Papuaşvili bildirib.
Xatırladaq ki, Marneuli Bələdiyyə Şurasının sədr müavini Rövşən İskəndərovun seçki qutusuna bir neçə bülleten atdığını əks etdirən video yayılıb.