Suxumidə etirazçılar özünü elan etmiş respublikanın parlament binasının həyətinə soxulublar.
Noyabrın 15-də səhər saatlarında müxalifətyönlü etirazçılar aksiyada iştirak ediblər. Onlar qondarma rejimin deputatlarının iclas keçirdiyi qondarma parlamentin yaxınlığında toplaşıblar.
İnsanlar binanın yaxınlığındakı bəndi sökərək “Parlament”in həyətinə daxil olublar. Onların dayandırılmasına Hüquq-mühafizə orqanları çalışır.