Starmer: Britaniya qoşunlarını Ukraynaya yerləşdirməyə hazıram

Britaniyanın “The Telegraph” nəşrinin eksklüziv məlumatına görə, Böyük Britaniyanın baş naziri Key Starmer istənilən növ sülh sazişinin icrası üçün Britaniya hərbçilərini Ukraynaya göndərməyə hazır olduğunu açıqlayıb.

Starmer deyib ki, o, britaniyalı hərbçiləri “riskə atmaq” qərarını yüngül qəbul etmir.

“Böyük Britaniya Ukrayna üçün təhlükəsizlik təminatları üzrə işlərin sürətləndirilməsində aparıcı rol oynamağa hazırdır. Bura Ukrayna ordusuna gələcək dəstək daxildir – Böyük Britaniya artıq ən azı 2030-cu ilə qədər bu məqsədlə ildə 3 milyard funt sterlinq ayırıb.

Ancaq bu, həm də lazım gələrsə, öz ordumuzu yerə göndərməklə Ukraynanın təhlükəsizliyinə təminat verməyə hazır və istəkli olmaq deməkdir. Bunu boş yerə demirəm. Mən Britaniya hərbçilərini potensial riskə atmaqla bağlı məsuliyyəti dərindən hiss edirəm.

Lakin Ukraynanın təhlükəsizliyinin təmin edilməsində hər hansı rol bizim qitəmizin və ölkəmizin təhlükəsizliyinin təmin olunmasına kömək etmək deməkdir. Bu müharibənin sona çatması, Putin yenidən hücum etmək qərarına gəlməyincə, sadəcə müvəqqəti fasilə ola bilməz”, – Britaniyanın baş naziri yazıb.

Total
0
Shares
Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki Məqalə

Qaxariya və Xokrişvili hava limanında İvanişvilinin „zonderqroupu” ilə qarşılaşdı – Gürcüstan naminə

Növbəti Məqalə

Mzia Amağlobelinin inzibati işinin məhkəməsi təxirə salınıb

Oxşar Xəbərlər