Suriyada rejim qüvvələri ilə Əsəd tərəfdarları arasında toqquşmalarda 1000-dən çox adam ölüb – SOHR

Suriyanın sahil bölgəsində yeni hökumət qüvvələri ilə Əsədin ələvi təriqətinin döyüşçüləri arasında baş verən silahlı qarşıdurmada son məlumatlara görə, 1000-dən çox insan həlak olub. “Reuters” bu barədə Suriya müharibəsini izləyən təşkilata istinadən məlumat yayıb. 

Suriya İnsan Haqları Müşahidə Qrupunun (SOHR) məlumatına görə, azı 745 mülki şəxs, Suriya hökumətinin təhlükəsizlik qüvvələrinin ən azı 124 üzvü və Əsədə sadiq 148 döyüşçü həlak olub. 

Öldürülənlər arasında ələvi qadınlar və uşaqlar da var. 

Yeni rejimlə Əsədə sadiq olanlar arasında toqquşmalar martın 6-da Əsədə sadiq şəxslərin Latakiya əyalətində Suriya hökumətinin təhlükəsizlik qüvvələrinə hücumu nəticəsində onlardan 16-nın ölümündən sonra başlayıb. 

Total
0
Shares
Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki Məqalə

“Qadınlar rejimə qarşı!” – Yürüş iştirakçıları Parlamentə yaxınlaşdılar

Növbəti Məqalə

Gürcüstanın İranla artan iqtisadiyyatı nəyə gətirib çıxaracaq – mütəxəssislər təhlükələrdən danışırlar

Oxşar Xəbərlər