Suriyaya daxil olanlar Türkiyə tərəfindən idarə olunub – Tramp

“Suriyaya daxil olanlar Türkiyə tərəfindən idarə olunub”

Bunu ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp Suriyadakı vəziyyəti şərh edərkən mətbuat konfransı zamanı deyib.

“Yeri gəlmişkən, Türkiyə əsas gücdür. Ərdoğanla çox yaxşı yola gedirəm, amma onun böyük hərbi gücü var. Və o, müharibədən yorulmayıb. O, çox güclü ordu qurub”, – Tramp deyib.

ABŞ-nin yeni seçilmiş prezidenti deyib ki, Suriyada baş verənlərin arxasında Türkiyə dayanır:

“Ərdoğan çox ağıllı insandır. Onlar bunu min illərdir istəyirdilər və o, əldə etdi”.

Növbəti iğtişaşlardan narahat olub-olmaması ilə bağlı suala Tramp belə cavab verib:

“Bölgədə son nəticənin nə olacağını heç kim bilmir. Finalda kimin hakim olacağını heç kim bilmir. Türkiyə olacağına inanıram. Türkiyə çox ağıllıdır, çox ağıllı oğlandır və çox sərtdir. Türkiyə çox insan itkisi olmadan planını həyata keçirdi”.

Total
0
Shares
Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki Məqalə

Kobaxidze: Salome Zurabişvili öz postunu tərk etməli olacaq

Növbəti Məqalə

ABŞ və müttəfiqləri: Şimali Koreyanın Ukrayna müharbəsində iştirakı münaqişənin “ciddi şəkildə genişlənməsi” deməkdir

Oxşar Xəbərlər