Sinif otaqları əvəzinə küçələrdə. Tətil və etiraz aksiyaları Tbilisi və Gürcüstan regionlarının məktəblərini əhatə edib. Yeniyetmələr etiraz əlaməti olaraq sinif otaqlarını tərk edərək mübarizənin avanqardında dayanırlar.
Hökumətin idarə etdiyi məktəblərdə repressiyalar başladı.
“Gürcu Arzusu”nun siyasətinə etiraz edən həmin tələbələr bu gün Batumi Dəniz Akademiyasına buraxılmayıb. Bununla belə, fasiləsiz etiraz aksiyaları davam edir və bütün ölkə üzrə tədris prosesi demək olar ki, iflic vəziyyətinə düşüb. Qriqol Robakidze adına məktəb bu gün tətil edən şagirdlərə qoşulub.