Taliban əfqan qadınlarına ictimai yerlərdə danışmağı və üzü açıq görünməyi qadağan edib

Taliban əfqan qadınlarına ictimai yerlərdə danışmağı və üzü açıq görünməyi qadağan edib.

Neytral.ge xəbər verir ki, bu barədə “Associated Press” müvafiq qanunla tanış olduqdan sonra məlumat yayıb.

Qanun Çərşənbə günü, avqustun 21-də Əfqanıstanın Fəziləti Təşviq və Əxlaqsızlığın Qarşısının Alınması Nazirliyi tərəfindən verilib. Bu qadağa ictimai nəqliyyat, musiqi və bayramlar kimi gündəlik həyatın aspektlərini əhatə edən pislik və fəzilət qanunlarının ilk rəsmi bəyannaməsinə daxil edilmişdir. Sənəd 114 səhifə və 35 maddədən ibarətdir.

“Sizi əmin edirik ki, bu İslam qanunu fəziləti təbliğ etmək və pisliyin aradan qaldırılmasında böyük köməklik göstərəcək” dedi nazirliyin sözçüsü.

Xatırladaq ki, 2021-ci ilin avqustunda Əfqanıstanda hakimiyyətə gəldikdən sonra Taliban ölkədə vətəndaşların xarici görünüşü də daxil olmaqla bir sıra qadağalar və məhdudiyyətlər tətbiq etməyə başladı. Məsələn, ölkədəki bütün qadınlardan hicab və ya qadın bədənini tamamilə gizlədən hər hansı digər geyim tələb olunurdu.

Bundan əlavə, ölkədə fəaliyyət göstərən gözəllik salonları qadağan edilib. Yerli mətbuatın yazdığına görə, gözəllik salonlarına qadağa onların xidmətlərinin qiymətlərinin həddən artıq baha olması və həmçinin qaşların düzəldilməsi şəriət qanunlarına zidd olduğu üçün tətbiq edilib.

Total
0
Shares
Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki Məqalə

Gürcüstan- Putinizmə gedən yolda

Növbəti Məqalə

Volqoqrad koloniyasındakı məhbuslar həbsxana rəhbərliyini girov götürüblər

Oxşar Xəbərlər