Dünən axşam „Mtavari” telekanalının efirində prezident Salome Zurabişvili Konstitusiya Məhkəməsinin hakimlərinə səsləndi. Onun sözlərinə görə, Gürcüstanın gələcəyini üç nəfər hakim həll edə bilər.
“Konstitusiya Məhkəməsi hakimlərinin şəxsən bu portretlər sırasına [milli qəhrəman} daxil olmaq şansı böyükdür. Mənim impiçmentim zamanı fərqli rəy bildirən üç hakimə üç nəfəri əlavə etmək kifayətdir ki, bu ölkənin sanbitliyi, demokratiyası, Avropa gələcəyi xilas olsun. Onlara müraciət etmək istəyirəm: geridə bir-iki iliniz qalıb, tarixə vətən xainləri kimi, yoxsa əsl qəhrəman kimi düşmək istəyərdiniz, yaxşı düşünün. Seçki zamanı bir hakimi qəhrəman kimi gördük və o, bütün ölkənin sevgisini qazandı, siz də bütün ölkənin sevgisini qazanmaq istəmirsinizmi? ” – Gürcüstan Prezidenti Salome Zurabişvili Qiorqi Qabuniaya müsahibəsində deyib.