Tbilisi-Batumi qatarının törətdiyi qəza nəticəsində 2 nəfər dünyasını dəyişdi

Tbilisidə Didube-Avçala hissəsində baş verən dəmir yolu qəzası nəticəsində Gürcüstan Dəmir Yollarının planlaşdırılmış işləri yerinə yetirən iki əməkdaşı həlak olub.

Neytral.ge xəbər verir ki, bu barədə Gürcüstan Dəmir Yolları məlumat yayıb.

Məlumata görə, Batumi-Tbilisi istiqamətində hərəkət edən qatar hazırda dayanıb, sərnişinlər xəsarət almayıb.

“Hadisə hərtərəfli araşdırılır və hadisə yerində istintaq prosedurları aparılır, bundan sonra Batumi-Tbilisi qatarı Tbilisi Mərkəzinə daşınacaq.

“Gürcüstan Dəmir Yolları” hadisə ilə bağlı kədərləndiyini bildirir və həlak olanların ailələrinə başsağlığı verir”, – Gürcüstan Dəmir Yollarının bəyanatında deyilir.

Total
0
Shares
Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki Məqalə

Gürcüstanda “Ahılların hüquqları haqqında” qanun qüvvəyə minəcək

Növbəti Məqalə

TGB iki Amerika hərbçisini döyüb

Oxşar Xəbərlər