Dövlət Universitetinin metrostansiyasında bir nəfər ölüb. Məlumatı nəqliyyat şirkətindən təsdiqləyiblər.
Daxili İşlər Nazirliyindən hadisə ilə bağlı onlarda heç bir məlumatın olmadığını bildirdilər.
Hadisə şahidləri sosial şəbəkədə yazır ki, metronun platformasında olan şəxslərdən biri sərxoş şəxs ilə toqquşaraq istəmədən qatarın altına atıb.
Hadisə şahidlərindən birinin sözlərinə görə, hadisəni törətməkdə iddia edilən şəxs qaçarkən metronun qadın əməkdaşı və kişi sərnişinlərdən biri tərəfindən yaxalanıb.