“Gürcü arzusu”na etiraz səngimir. Vətəndaşlar bu gün siqnallarla paytaxt küçələrində gəzərək yeni seçkilərin təyin olunmasını tələb edəcəklər. Didi Diğomidən vətəndaşlar etiraz maşınları ilə etiraz yürüşünə başlayıblar. Mitinq iştirakçılarının yanlarında səsgücləndiricilər var və bu cihazlarla vətəndaşları sabahkı mitinqə gəlməyə çağırırlar.
“Bu gün əhaliyə demək istədiyimiz mesajları çatdırmaq istədiyimiz bir gündür ki, oğurlanan seçkilər ölkənin tənəzzülü, gələcəyimizin əlimizdən alınması, yoxsulluq deməkdir, nəhayət itirilmiş Abxaziya və Samaçablo deməkdir və bir çox başqa şeylər, bunların hamısı bizim əhali tərəfindən başa düşülməlidir” – aksiyanın üzvü deyir.