Tbilisidə 13 yaşlı oğlanı elektrik cərəyanı vurub – o, xəstəxanaya gətirildikdən sonra ölüb.
Neytral.ge xəbər verir ki, Tbilisidə 13 yaşlı oğlanı elektrik cərəyanı vurub – o, xəstəxanaya gətirildikdən 4 gün sonra, sentyabrın 19-da dünyasını dəyişib.
Daxili İşlər Nazirliyindən Tabulaya verilən məlumata görə, yeniyetməni evinin yaxınlığında, qarajın üstündə elektrik cərəyanı vurub.
Yeniyetmə ağır xəsarətlərlə bir neçə gün xəstəxanada yatsa da, onu xilas etmək mümkün olmayıb – sentyabrın 19-da yeniyetmə dünyasını dəyişib.