Tbilisidə 21 yaşlı Qiorqi Axalaiya öldürülüb. Qətl martın 16-da gecə saatlarında baş verib.
Daxili İşlər Nazirliyindən bildirirlər ki, faktla bağlı Cinayət Məcəlləsinin qəsdən adam öldürmə 108-ci maddəsi ilə istintaq başlayıb. Qurumdan bildirilib ki, faktla bağlı istintaq hərəkətləri davam etdirilir.
Qətldə təqsirləndirilən şəxsin həbs edilib-edilməməsi ilə bağlı Daxili İşlər Nazirliyi cavab vermir.
Məlumata görə, gənc oğlan soyuq silahla öldürülüb. Tbilisidə barların birində başlayan şifahi qarşıdurma küçədə davam edib.
Yaralı gənc klinikaya aparılsa da, həkimlər onu xilas edə bilməyiblər.
Sosial şəbəkələrdə yayılan məlumatlara görə, Qiorqi Axalaiya boksçu olub. Martın 16-da onun 21 yaşı tamam oldu.