Hazırda Tbilisidə yürüşə hazırlaşırlar – müxalifət partiyalarının üzvləri və onların tərəfdarları vağzal meydanına toplaşırlar. Bu gün onların hamısı saxtalaşdırılmış seçkilərin nəticələrinin ləğv edilməsini və yeni seçkilərin təyin edilməsini tələb edir.
Əllərində Gürcüstan və Avropa İttifaqının bayraqları ilə keçirilən yürüş Rustaveli prospektində başa çatacaq. Səhnə artıq parlament binasının yaxınlığında quraşdırılıb. Aksiya tam saat 19:00-da başlayacaq. Müxalifət siyasətçiləri tribunadan mitinqə gələn ictimaiyyəti fəaliyyət gələcək planları ilə tanış edəcəklər.