Tbilisidə faciə – səkkizinci sinif şagirdi Rikki parkında açıq çuxura düşərək ölüb.
Məlumata görə, faciənin baş verdiyi yerdə (daş körpülərin ətrafı) heç bir xəbərdarlıq nişanı və təhlükəsizlik tədbirləri görülməyib.
Məlum olub ki, şənbə günü, yanvarın 25-də 16 yaşlı İoseb Adeişvili musiqi dərsindən çıxdıqdan sonra dincəlmək üçün dostları ilə parka gedib və təsadüfən açıq çuxura düşüb. Dostlar bir neçə dəqiqə yeniyetməni xilas etməyə çalışsalar da, buna nail ola bilməyiblər.
Hadisə şahidlərinin sözlərinə görə, 30 dəqiqə ərzində nə polis, nə də təcili yardım qrupu hadisə yerinə gələ bilməyib.
Vətəndaşlar deyirlər ki, insanların açıq səngərə düşməsi birinci dəfə deyil.