Rusiya Universiteti Tbilisidə İlya Bağında qapalı tədbir keçirir. “Qrind Universiteti”nin korporativ gecəsinin qonaqları əsasən danışmaq istəməyən, suallara cavab verməyən Rusiya vətəndaşlarıdır.
Neytral.ge xəbər verir ki, işğalçı ölkə nümayəndələrinin təşkil etdiyi tədbirə sadə vətəndaşlar etiraz edib və onlar mitinq keçiriblər.
Mühafizə xidmətinin əməkdaşları medianı tədbirin daxili ərazisinə buraxmayıblar.
Məlumata görə, Rusiya Universitetinin təsisçisi Rusiya vətəndaşı Arsen Markariandır.
Təhsil Nazirliyi bildirilib ki, adıçəkilən qurum heç vaxt Təhsilin Keyfiyyətinin İnkişafı Milli Mərkəzinə müraciət etməyib və Gürcüstan ərazisində ali təhsil fəaliyyəti ilə məşğul olmaq hüququna malik deyil:
“Gürcüstan ərazisində icazəsiz təhsil fəaliyyətinin həyata keçirilməsinə icazə verilmir. İcazə almaq üçün adıçəkilən qurum heç vaxt Təhsilin Keyfiyyətinin İnkişafı Milli Mərkəzinə müraciət etməyib. Ona görə də adıçəkilən qurum tərəfindən Gürcüstan ərazisində ali təhsil fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdur”, – Təhsil Nazirliyi məlumat yayıb.
Tədbirin keçirildiyi ərazidəki restoranın sahibi isə bildirir ki, tədbirin Rusiya və Rusiyaya heç bir aidiyyatı yoxdur və “Grind University” onlayn kurslar keçirir.