Tbilisi Dövlət Universitetinin tələbələri noyabrın 15-də keçirilən tələbə etirazına bəyanatla cavab veriblər.
Məlumat üçün bildirək ki, dünən, noyabrın 15-də İvane Cavaxişvili adına Tbilisi Dövlət Universitetinin birinci korpusunun yaxınlığında tələbələr oktyabrın 26-da keçirilmiş seçkilərin nəticələrinə etiraz olaraq aksiya keçiriblər və polis tələbələri və müəllimləri binaya buraxmayıb.
Bəyanatda qeyd edildiyi kimi, tələbələr bütün məsuliyyəti TDU-nun müəllimi Caba Samuşia-nın üzərinə qoyurlar.
Məlumat üçün bildirək ki, tələbə etirazını dəstəkləyən bəyanat Azad və Aqrar Universitetlərin tələbələri tərəfindən də yayılıb.