Neytral.ge xəbər verir ki, Tel-Avivdə yüz minlərlə insan küçələrə çıxıb, aksiyada qarşıdürmalar yaranıb, həbs edilənlər və xəsarət alanlar var.
Tel-Avivdə yüz minlərlə insan küçələrə çıxıb. Vətəndaşlar HƏMAS-ın əlində olan girovların azad edilməsini və Qəzza zolağında atəşkəs tələb edir. Aksiya zamanı hüquq-mühafizə orqanları polisin tələbinə tabe olmayan biri azyaşlı olmaqla 5 nəfəri həbs edib. Hüquq-mühafizə orqanları ilə toqquşma zamanı iki etirazçı yaralanıb. Onlar xəsarətlə xəstəxanaya çatdırılıblar.